Cümə , Dekabr 2 2022
Ana səhifə / Cəmiyyət / Bakının yenə “balı” çıxdı: qızışan “rayon-şəhərli” müzakirəsi

Bakının yenə “balı” çıxdı: qızışan “rayon-şəhərli” müzakirəsi

Aktrisa Sonaxanım Əliyeva qalmaqallı sözləri ilə gündəmə gəlib. Aparıcı Amil Xəlilin “Gəl danış” verilişinə qonaq olan aktrisa rayonlardan Bakıya axın edən gənclərin çoxaldığını, bu səbəbdən də artıq şəhərdə nəfəs ala bilmədiyini vurğulayıb. “Elə bil sanki Bakıya bal yaxıblar” deyən aktrisa şəhərdə udmağa belə hava qalmadığını söyləyib. O deyib ki, rayondan gələnlərin çoxu işləməkdən daha çox, avaraçılıqla məşğuldurlar. Onunla verilişdə qonaq olanlar isə rayonlarda işsizlik olduğunu deyiblər.   

Aktrisanın bu sözləri müzakirələrə səbəb olub. Onun səsləndirdiyi fikirlər onlayn platformalarda paylaşılaraq tənqidlərə səbəb olub.

Aktrisa Sonaxanım Əliyeva isə ünvanına səslənən tənqidlərə bu cür cavab verib: “Bir daha xatırlatmaq istəyirəm ki, iştirak etdiyim sosial verilişdə uşaqlarını kənddə həyat yoldaşının üstünə atıb, Bakıya gələn və burada kafedə işləyən bir xanımdan bəhs olunurdu. Mən də həmin vaxt rayonlulara deyil, bölgədəki gənclərə səsləndim ki, ailənizi, uşaqlarınızı evinizi atıb Bakıya gəlməyin. Məgər Bakıya bal yaxılıb? Yəni mən bu nöqteyi-nəzərdən fikir səsləndirmişdim. İndi hansı sosial verilişi açırsan, görürsən ki, gənc gəlinlər gəlib deyir ki, ”Bakıya gəlmişəm, buradan da heç yerə getməyəcəm”. Fikirlərim  bu mövzu ətrafında olub. Mənim axı rayonlularla nə işim var? 44 günlük Vətən müharibəsi zamanı kimsə deyəndə ki, mən filan rayondanam, tənqid edirdim ki, biz hamımız azərbaycanlıyıq, Azərbaycanı bölgələrə bölməyək. Bir daha qeyd edirəm ki, mən verilişdə bölgələrdəki gənclərə səslənmişdim”.

Sonaxanım Əliyeva: "Rayonlardan gələnlərin əlindən Bakıda nəfəs ala  bilmirik" - VİDEO

Sonaxanım Əliyeva: “Mən rayonlulara deyil, bölgələrdəki gənclərə səslənmişəm”

Qeyd edək ki, zaman-zaman bu cür iddialar səslənir, “rayon-şəhər” müzakirələri qızışır. Bu cür müzakirələrin ortaya çıxması əlbəttə ki, səbəbsiz deyil. Bakı hər mənada “yüklənib” və rayonlardan paytaxta axın olduğu heç kimə sirr deyil. Amma bunun səbəbləri “şəhər-rayon” məsələsi kimi sadə deyil. Rayonlarda iş tapmaq problemi həqiqətən də ciddidir. Amma Bakının özündə əvvəlki kimi tikinti bumu yoxdur, iş tapmaq da asan deyil. Əhalini rayonlardan Bakıya gətirən səbəblər hansılardır?

Bakının yükünü necə azaldaq?

Millət vəkili Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Rayondan gələnlər bəs hara getsin, İrəvana? Rayonda iş tapa bilmirlər, ona görə də Bakıya üz tuturlar. Camaata necə demək olar ki, paytaxta gəlməyin? Bu cür demokratiya olur?  Lazımdır ki, rayonlarda yeni iş yerləri, fabrik, zavodlar açsınlar. Kim  rayonda rahat ev-eşiyini buraxıb, Bakıda kirayədə ac-susuz yaşamaq istəyər? Ona görə də rayon və kəndlərdə kənd təsərrüfatını inkişaf etdirməliyik. İndi Qarabağda abadlıq işləri gedir.

Aqil Abbas: “Hər kəs evinin üstündən bayraq asa bilməz”

Aqil Abbas: “Rayondan gələnlər bəs hara getsin, İrəvana?”

Dəfələrlə təklif etmişəm ki, yüksək maaş, imtiyazlar versinlər ki, insanlar işə maraq göstərsin və gələcəkdə oradan ev də ala bilsinlər. Belə etsələr, görün camaat Ağdama, Füzuliyə, Kəlbəcərə necə axın edir. Dəfələrlə müəyyən universitet və yaxud nazirliklərin, dövlət qurumlarının bölgələrə köçürülməsi ilə bağlı fikirlər səsləndirmişik. Ağdamda universitet açmaq istəyirlər, bu çox yaxşı olardı. Həmişə demişəm ki, Kənd Təsərrüfatı Nazirliyinin Bakıda nə işi var? Məgər Bakıda kənd təsərrüfatı var? Getsin otursun, Gəncədə, Ağdamda… Müəyyən qurumlar, nazirliklər var ki, onların işi kəndlə bağlıdır, onda getsinlər orada otursunlar da”.

Ağır xəstəliyi üzə çıxan Şeyx Əbdül: “Canımla əlləşirəm, heç kəs inciməsin”

Şeyx Əbdül Mahmudbəyov

Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov isə aktrisa Sonaxanım Əliyevanın fikirlərinə sərt mövqe bildirdi: “Baxmayaraq ki, ağsaqqalam, Şeyx Əbdüləm, bu cür fikir səsləndirənlərə qarşı heç bir etika gözləmədən sərt mövqe bildirirəm. Onu deyən qələt edib… Nəfəs ala bilmirsən, çəkil bir kənara, bir küncə nəfəs al, qalma Bakıda.  Heç kim kiminsə Bakıya gəlməsinə, burada yaşamasına hegemonluq edə bilməz. Görün, indi necə tərbiyəsiz, mənəviyyatsız  olublar, insanlar arasında ayrı-seçkilik salırlar. Vətənin o başı-bu başı yoxdur. Hamı bu vətənin övladıdır. Bu xalq bu torpağın bitkisidir. Yəni hamımız müstəqil ölkənin müstəqil vətəndaşıyıq və heç kim kimsədən üstün ola bilməz. İnsanların Bakıya axışmasının kökündə sosial problemlər durur. Halbuki prinsipcə, bu gün bizim sosial problemimiz olmamalıdır. Çünki torpağımızın altı da, üstü də qızıldır, nemətdir. Amma bu gün kəndli məcburən Bakıya gəlir və Bakıda bazarlıq edir. Əvvəllər şəhərli-rayonlu söhbəti yox idi. Yəni sovet dövründə heç kim soruşmurdu ki, sən bakılı, naxçıvanlı, yoxsa gəncəli, qarabağlısan? ”Haralısan” sualı müstəqillik əldə etdikdən sonra ortaya çıxmağa başladı. Bəs dünənə kimi olmayan bu məsələ niyə sonra ortaya çıxdı, onun kökündə nə dayanır?”

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli: “Bakının yükü ona görə artır ki… ”

İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, Bakı və Abşeronun Azərbaycan iqtisadiyyatında hegemon rolu rəsmi rəqəmlərlə də sübut olunur: “Ümumdaxili məhsulun, ixracatın 90 faizi Bakı və Abşeronun payına düşür. Təbii ki, iqtisadi fürsətlər Bakıdadır. Ona görə də əhali paytaxta  axın edir, yəni bu məsələnin obyektiv səbəbləri var. İnzibati yolla bunun qarşısını almaq mümkün deyil, Azərbaycan Konstitusiyasını pozmaq olmaz. Lakin iqtisadi fürsətlərin regionlara verilməsi, dövr etməsi, bir çox universitetlərin nazirliklərin, həmçinin Ali, Konstitusiya məhkəmələrinin  regionlara köçürülməsi, işğaldan azad olunmuş ərazilərdə normal inkişaf proqramı Bakının yükünü azalda bilər. Amma bunun üçün düşünülmüş və iqtisadi fürsətləri genişləndirən strateji hədəf, plan lazımdır. Təəssüf ki, hələlik bu cür strateji planın olduğunu  demək mümkün deyil. Ona görə də Bakının yükü artmaqda davam edir”.

Həmçinin oxuyun

“Mənim vəzifədə qalmağım dəqiq bilinmir” – Misir Mərdanov

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov elm və təhsil naziri Emin Əmrullayevlə görüşündən …