Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Bakıdan Naxçıvana 13 minə yaxın sərnişin daşınıb

Bakıdan Naxçıvana 13 minə yaxın sərnişin daşınıb

2018-ci ilin 9 ayında İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 11 min 944, Bakıdan Naxçıvana isə 12 min 678 sərnişin daşınıb.
Azinforum.az-ın məlumatına görə, avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət olunması üçün Naxtel-4G GPS monitorinq izləmə sistemindən istifadə edilib, sürücülərin həftədə bir dəfə qrup şəklində muzeylərə ekskursiyaları təşkil olunub.

Muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 496 taksi əhaliyə xidmət göstərib.

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …