Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Bakıdan 50 tələbə İsrailə göndəriləcək

Bakıdan 50 tələbə İsrailə göndəriləcək

Bu gün İsrailin Bakıdakı səfirliyi və Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə “İSRotel” şəbəkəsində tələbələrin mübadilə proqramı ilə bağlı məzun gecəsi keçirilib.

Proqramın 10 illik yubleyi ilə əlaqədar keçirilən məzun gecəsində İsrailin Azərbaycandakı səfiri Dan Stav, universitet rəhbərliyi, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva vədigər qonaqlar iştirak ediblər. Bundan əlavə məzun gecəsi ilə bağlı “İSRotel” mehmanxana şəbəkələrinin nümayəndə heyəti Bakıya gəlib.

Ümumilikdə 10 il ərzində təcrübə proqramında 191 azərbaycanlı tələbə iştirak edib. Bu il isə 50 nəfərədək 3-cü kurs tələbəsi İsrailin Eilat şəhərindəki “İSRotel” şəbəkəsinin nüfuzlu otellərində 5 ay müddətində istehsalat təcrübəsində olacaq.

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …