Ana səhifə / Cəmiyyət / Bakıdakı universitetlər mərkəzdən kənara köçürülür?

Bakıdakı universitetlər mərkəzdən kənara köçürülür?

Bakı şəhərindən ali məktəblərin va regional əhəmiyyətli tədris müəssisələrinin digər bölgələrə köçürülməsi haqqında məsələyə aydınlıq gətirilib.

Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

Hesabatda bildirilib ki, ölkəmizdə 51 ali təhsil müəssisəsi, o cümlədən 40 dövlət (ondan 7-si ali xüsusi təyinatlı təhsil müəssisəsi), 11 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin ali təhsil müəssisələrinin 9-u ölkənin ayrı-ayrı region və şəhərlərində (Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir, Lənkəran) yerləşir. Bundan əlavə 3 dövlət ali təhsil müəssisəsinin 7 filialı respublikanın ayrı-ayrı şəhər və rayonlarında fəaliyyət göstərir.

Bakı şəhərində yerləşən ali məktəblərin və regional əhəmiyyətli tədris müassisələrinin ölkənin digər bölgələrinə köçürülməsi məsələsinə müvafiq hesablamalar aparıldıqdan və iqtisadi-siyasi əhəmiyyəti dəyərləndirildikdən sonra baxıla bilər. Odur ki, Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin şəhər mərkəzindən kənara köçürülməsi ilə bağlı yeni kampusların inşası məsələsi müzakira olunmur. APA

Həmçinin oxuyun

Xoşqədəm Hidayətqızı məhkəməyə verildi: Həbsi tələb olunur

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və verliş iştirakçılarından biri – Bərdə …