Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Cəmiyyət / Bakıda yük maşını aşdı, yanacaq yola dağıldı – VİDEO

Bakıda yük maşını aşdı, yanacaq yola dağıldı – VİDEO

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Səməd Vurğun küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.

“İsuzu” markalı yük avtomobilinin sürücüsü Dilqəm Əhmədovun verdiyi məlumata görə, o S.Vurğun küçəsində işıqforun yaşıl işığından keçib. Bu zaman Zahid Zahidzadənin idarə etdiyi “Nissan” markalı avtomobil ona çırpılıb.

Zərbənin gücündən yük maşını “KİA” markalı avtomobilə dəyib. Daha sonra işıq dirəyinə çırpılıb. Nəticədə yük avtomobilinin benzin çəninə zərər dəyib. Benzin yola dağılıb.

Z.Zahidzadə isə onun qırmızı işıqdan keçmədyini bildirib. Baş vermiş hadisə ilə bağlı əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yoldakı yanacaq su ilə yuyulub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hər üç sürücünün izahatını alıb.

Fakta hüquqi qiymət ərazidə olan müşahidə kameralarının qeydə aldığı görüntülərə baxıldıqdan sonra veriləcək.

Həmçinin oxuyun

“Hansısa ərəb qadınlarımıza pis gözlə baxsa, igid oğlanlarımız onların gözünü deşər” – Deputat

“Kim nə bilir ki, küçədəki qadın əxlaqsızdı. Bəlkə kimisi geyinib hansısa əzizini gözləyir, ya da …