Cümə , Oktyabr 19 2018
Ana səhifə / Cəmiyyət / Bakıda yoxa çıxan adamı Dubayda insan alverçisi olan müəmmalı generalla nə bağlayır

Bakıda yoxa çıxan adamı Dubayda insan alverçisi olan müəmmalı generalla nə bağlayır

Müəmmalı general və Dubayda insan alverinə himayədarlıq edən adam — o kimdir? Bir il əvvəl müəmmalı şəkildə itkin düşmüş 30 yaşlı azərbaycanlı, Bakı sakini Hacıyev Elçin Elşad oğlunun izi Dubaya (Birləşmiş Ərəb Əmirlikləri) gedib çıxır.

Bunu Sputnik Azərbaycan-a “Səni axtarıram” verilişinin aparıcısı, məşhur telejurnalist Xoşqədəm Hidayətqızı bildirib.

Onun sözlərinə görə, Elçin Hacıyevin anası oğlunu tapmaq üçün ondan kömək istəyib. Qadın bildirib ki, 2017-ci ilin sentyabrında oğlu evdən çıxıb və bir daha qayıtmayıb. “Səni axtarıram” verilişinin əməkdaşları gənc oğlanın itkin düşməsi ilə bağlı araşdırmaya başlayıblar. Xoşqədəm Hidayətqızının dediyinə görə, onlar Elçin Hacıyevin həyatı ilə bağlı şok məlumatlar əldə ediblər.

Aparıcı bildirib ki, xaricdə aparılan axtarışların nəticələri Elçin Hacıyevin son axtarışları zamanı əldə edilənlərlə müqayisəyə gəlməzdir. Teleaparıcı bu barədə ətraflı məlumatları gələn verilişində açıqlayacağını da anons edib. Verilişdə Elçini narkotiklərlə, Dubayda insan alveri ilə nələrin bağladığına aydınlıq gətiriləcək. Eyni zamanda, hər kəs azərbaycanlı Əhməd adlı müəmmalı general və onun Hacıyevin həyatında hansı rolu oynadığı barədə hər şeyi biləcək.

X.Hidayətqızı bildirib ki, şənbə günü, oktyabrın 6-da şəxsən Birləşmiş Ərəb Əmirliklərinə uçacaq və orada Hacıyevin ölüb-ölmədiyi, yaxud səhrada dəfn edilib-edilmədiyi barədə məlumatları ya təsdiq, ya da təkzib edəcək.

Bu məsələ ilə bağlı Sputnik Azərbaycan AR Daxili İşlər Nazirliyinə müraciət edib. Məlum olub ki, hazırda AR DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırmada heç bir halda Hacıyev zərərçəkmiş, yaxud da təqsirləndirilən şəxs qismində iştirak etmir.

Sadəcə cavan oğlanın itkin düşmə faktı ilə bağlı AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları maraqlanır. Burada onun itkin düşməsi ilə bağlı iş araşdırılır. Hələlik təkcə o məlumdur ki, sözügedən şəxs mobil telefon alveri ilə məşğul olub. Hazırda onun bədbəxtliyinin və müəmmalı şəkildə yoxa çıxmasının da əsas səbəbi məhz puldur.

Bu barədə bizim növbəti məqalələrimizi izləyin. Biz sizə bu işin bəzi detallarını açıqlamağa çalışacağıq.

Həmçinin oxuyun

İranın Bakıdakı səfirliyi Xəzər dənizində baş verən insidentə aydınlıq gətirdi

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran …