Ana səhifə / Cəmiyyət / Bakıda yol polisi yaralı qadına kömək etdi – VİDEO

Bakıda yol polisi yaralı qadına kömək etdi – VİDEO

Bakıda polis əməkdaşları yaralı qadına kömək ediblər. 

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb. 

Ərazidə xidmət aparan Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları yaralı qadına ilkin təcili yardım göstərməklə xəstəxanaya çatdırıblar.

Məlumata görə, qadın mətbəxdə qab yuyarkən sınan şüşə onun qoluna batıb və damarlarını zədələyib. Küçəyə çıxan qadının köməyinə çatan polis əməkdaşları onun qolunu xidməti avtomobildə olan dərman və tibbi sarğılarla bağlayaraq, ilkin yardım göstərməklə qan itirmənin qarşısını alıblar.

Hazırda qadının vəziyyəti yaxşıdır.

Həmçinin oxuyun

Laçının azad olması şərəfinə birlikdə musiqili layihə hazırladılar – VİDEO

Amerikada yaşayan azərbaycanlı musiqiçi İmamyar Həsənov sosial şəbəkə istifadəçilərini İsrailin Anna RF musiqi qrupu ilə birlikdə ifa etdiyi “Laçın” …