Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Bakıda yeyib-içən dostlar hesabı gözləməmiş qaçdılar – Video

Bakıda yeyib-içən dostlar hesabı gözləməmiş qaçdılar – Video

Bakıda restoranda yeyib-içən 3 gənc hesabı ödəməyərək qaçıb.

“Qafqazinfo”ya müraciət edən “Pink House” restoranının administratoru Seyran Əsgərov bildirib ki, fevralın 19-u gecə saat 01 radələrində iki nəfər restorana gələrək salona baxış keçirib. Sonra qapının girişinə yaxın olan kabinetdə oturmağa qərar veriblər:

“Yəqin elə tez qaçsınlar deyə oranı seçiblər. Əvvəl iki nəfər idi, sonra bir nəfər də gəldi. Spirtli içki içib, yemək yeyiblər. Bir neçə dəfə siqaret çəkmək üçün çölə çıxıblar, qaça bilməyib içəri qayıdıblar. Sonda ofisiantın başını qatmaq üçün çay istəyiblər, o aralanan kimi durub qaçıblar. Təxminən 200 manata yaxın “şot”u verməyiblər”.

S.Əsgərov hadisə ilə bağlı polisə müraciət etdiklərini, araşdırma aparıldığını bildirib.

Həmçinin oxuyun

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi …