Şənbə , Yanvar 16 2021
Ana səhifə / Cəmiyyət / Bakıda yeni sirk binası tikiləcək

Bakıda yeni sirk binası tikiləcək

Azərbaycanda yeni sirk binası inşa ediləcək.

“Xalq qəzeti” xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev “ASAN Radio”nun “QəbuldASAN” proqramında deyib.

Ə.Qarayev bildirib ki, sirkin hazırkı binası kifayət qədər məhdud bir ərazidə yerləşir: “Azərbaycanda yeni sirk binasının inşası haqqında düşünməyin vaxtı çatıb. Biz bununla bağlı layihələr hazırlayırıq. Ümumilikdə, yeni sirk binası inşa olunacaq. Köhnə sirkin binası isə əyləncə, şou və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək. Bu, yenilik olacaq”.

Həmçinin oxuyun

Elmir Mirzəyev “Güllələnmiş heykəllər”in Şuşaya geri qaytarılması haqda: “İnamırdıq ki, bu ola bilər… “

Xəbər verdiyimiz kimi Şuşanın işğalı zamanı zədələnmiş və Bakıya gətirilmiş 3 dahi şəxsiyyətin heykəli Şuşaya …