Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Bakıda yanan “Diqlas” Eldar Mahmudovun oğluna məxsusdur?

Bakıda yanan “Diqlas” Eldar Mahmudovun oğluna məxsusdur?

Bu gün Bakının məşhur ticarət mərkəzi olan “Diqlas”da güclü yanğın baş verib. Ticarət mərkəzi demək olar ki, tamamən yanıb.

Mərkəzin sahibi ilə bağlı Musavat.com-a çox maraqlı bir məlumat daxil olub. Etibarlı mənbələrin verdiyi məlumata görə, “Diqlas” Ticarət Mərkəzi sabiq MTN rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur. Vəzifədən uzaqlaşdırılan sabiq nazirin əlində qalan çox az əmlakdan birinin də məhz “Diqlas” olduğu bildirilir.

Qeyd edək ki, vaxtilə “Diqlas”ın qonşuluğunda yerləşən “Vosmoy” bazarı kimi tanınan bazarı E.Mahmudovun MTN çetesi ələ keçirmişdi. Bununla bağlı bazarın sahibi olmuş sahibkar Salman Qürbət oğlu Səfərov əmlakının əlindən necə qəsb edilməsi haqda ətraflı danışıb.

Akif Çovdarov və başqaları da bu haqda məhkəmədə geniş ifadə veriblər.

Muavat.com-un əldə etdiyi digər məlumata görə isə, “Diqlas”a yeri o vaxtlar Nizami RİH-in başçısı olmuş Mehbalı Əliyev sərəncamla ayırıb. Lakin həmin vaxt Nizaminin bələdiyyə sədri bu səndə imza atmayıb. Səbəb kimi ərazinin yaşıllıq olmasını göstərib. Bundan sonra bələdiyyə sədrinə ciddi təzyiqlər başlayıb. Hətta onun MTN-də bir neçə gün saxlandığı, sənədi imzaladıqda sonra sərbəst buraxıldığı deyilir.

Həmçinin oxuyun

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi …