Bazar , Sentyabr 15 2019
Ana səhifə / Cəmiyyət / Bakıda uşağını döyən ata polisə aparıldı

Bakıda uşağını döyən ata polisə aparıldı

Bakının 158 nömrəli tam orta məktəbinin ibtidai sinif şagirdinin döyülməsi ilə bağlı hüquqi tədbirlər görülüb. 

Yasamal rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, məktəb rəhbərliyindən şagirdin valideyni tərəfindən döyülməsi barədə İcra Hakimiyyətinə müraciət daxil olub. Araşdırılma aparıldıqdan sonra müəyyən edilib ki, uşağa xəsarət yetirən atasıdır. Ata Yasamal rayon Polis İdarəsinin təhqiqat şöbəsinə aparılıb.

Bundan başqa, Yasamal rayon Polis İdarəsinə məlumat verilərək xəstəxanaya müraciət olunub, uşaq xəstəxanada müayinə olunaraq xəsarətləri barədə arayış tərtib olunub, uşağın və ananın təhlükəsizliyinin təmin olunması məqsədilə onlar Azərbaycan Uşaqlar İctimai Birliyinə yerləşdiriliblər. 

Xatırladaq ki, şagird 15 apreldə müəllimə müraciət edərək ayaqlarının ağrıdığını bildirib. Şagirdin bədəninə baxış keçirilən zaman müəyyən edilib ki, onun hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələr var. 

Həmçinin oxuyun

Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib – VİDEO

Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti …