Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Bakıda Türkiyənin Cümhuriyyət Günü qeyd edildi

Bakıda Türkiyənin Cümhuriyyət Günü qeyd edildi

Bakıda Türkiyənin Cümhuriyyət Günü münasibətilə rəsmi qəbul keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral PrezidentRəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Günü münasibətilə təbrik məktubunu oxuyub. Səfir ötən müddət ərzində Türkiyənin əldə etdiyi uğurlar, Suriyada həyata keçirdiyi antiterror əməliyyatlarından söz açıb.

Milli Məclisin spikeri Oqtay Əsədov Cümhuriyyət Günü münasibətilə Türkiyə dövlətini və xalqını təbrik edib. Bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri Ulu Öndər Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlət” ifadəsinə əsaslanır.

Spiker vurğulayıb ki, dövlətlərimiz strateji tərəfdaşdırlar: “Azərbaycan və Türkiyə arasında 240-dan çox sənəd imzalanıb, 27 sənəd baxılma mərhələsindədir. Ötən il ticarət dövriyyəsi 3,4 milyard dollar olub ki, bu ilin 9 ayında göstəricilər 3 milyardı keçib. Türkiyə Azərbaycana 12,4, Azərbaycan isə Türkiyəyə 15 milyardan çox investisiya qoyub”.

Münasibətlərin inkişafında parlamentlərin də mühüm rol oynadığını vurğulayan spiker Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib.

O. Əsədov, həmçinin iki ölkə liderinin səyləri nəticəsində münasibətlərimizin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …