Çərşənbə , Noyabr 13 2019
Ana səhifə / Cəmiyyət / Bakıda tuneli bağlayıb əylənən gənclər kimdir? – Video

Bakıda tuneli bağlayıb əylənən gənclər kimdir? – Video

Bakıda tunellərin birinin altında gözlənilməz hadisə baş verib. 
Toya getməyə hazırlaşan bir qrup gənc maşınları ilə tuneli bağlayıb. Bundan sonra isə rəqs etməyə başlayıblar.
Bu vəziyyət sürücülərin narazılığına səbəb olub. Digər sürücülər hadisəyə etiraz olaraq dayanmadan siqnal verməyə başlayıblar.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yayılan videonun köhnə material olduğu hiss edilir: “Bu video ilə bağlı araşdırmalara başlanılıb. Hələ ki, məkan, tarix barədə məlumat yoxdur. Araşdırmaların nəticəsi bitdikdən sonra ictimaiyyətə məlumat veriləcək”.(qafqazinfo.az)

Həmçinin oxuyun

Bakıda bəylə gəlin piketə düşdü (VİDEO)

Bakıda bəylə gəlin polislə jurnalistlərin arasında qalıb.Hadisə paytaxtın mərkəzi hissəsində – Bakı Şəhər İcra Hakimiyyətinin …