Cümə , Dekabr 9 2022
Ana səhifə / Cəmiyyət / Bakıda tələbələr liseyin damına çıxıb “şou” göstərdilər – VİDEO

Bakıda tələbələr liseyin damına çıxıb “şou” göstərdilər – VİDEO

Bakıda peşə liseyinin damına çıxan bir qrup tələbə orada həyatlarını təhlükəyə ataraq riskli hərəkətlər ediblər.

Sosial şəbəkələrdə yayılan həmin videogörüntü birmənalı olaraq izləyicilər tərəfindən qınanıb.

Bəs tələbələr dörd mərtəbəli liseyin damına hansı şəraitdə və necə çıxıb? Məsələyə Peşə Təhsili üzrə Dövlət Agentliyi də münasibət bildirib.

Şagirdlər liseyin damında “Bunu heç kim edə bilməz” deyib, riskli hərəkətlər ediblər.

Söhbət paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 100 ünvanında çəkilib. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 14 nömrəli Bakı Peşə Liseyinin tələbələri təhsil ocağının damına çıxıblar. Sosial şəbəkələrdə yayılan video birmənalı olaraq izləyicilər tərəfindən qınanıb. Çünki bu yaşda gənclərin belə hərəkət etməsi olduqca təhlükəlidir.

Bir-birlərini telefona çəkən tələbələrdən biri dördmərtəbəli binanın damından aşağı baxarkən təhlükə ilə üzləşib. Digər tələbə yoldaşı ona “yıxılarsan, çox qabağa getmə” deyib. 

Peşə liseyinin rəhbərliyindən məsələyə münasibət öyrənmək istədik. Liseyin tələbələrə nəzarət edə bilməyən mühafizəçiləri bizə bildirdilər ki, təhsil ocağında ümumiyyətlə rəhbər şəxs yoxdur. Amma onlar faktın sözügedən liseydə baş verdiyini təsdiq etdilər.  Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Ceyran Məmmədli “Xəzər Xəbər”ə bildirdi ki, tələbələrin ora nə vaxt və hansı şəraitdə çıxdığı təmsil etdiyi qurum tərəfindən araşdırılır. “Araşdırmanın yekununda mətbuata ətraflı açıqlama veriləcək”,-deyə Ceyran Məmmədli qeyd etdi.

Həmçinin oxuyun

Aqil Abbasdan yaşlı aktyorların işdən çıxarılmasına etiraz: “Elə tamaşalar qoyulur ki…” — VİDEO

Son vaxtlar yaşlı aktyor və aktrisaların teatrdan kənarlaşdırılması ilə bağlı məsələlər müzakirə mövzusuna çevrilib. Bir …