Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Cəmiyyət / Bakıda təcili yardımın apardığı xəstə yoxa çıxıb

Bakıda təcili yardımın apardığı xəstə yoxa çıxıb

Paytaxtda alkoqol xəstəsi itkin düşüb.
Bu barədə Nərimanov Polis İdarəsinin 18-ci bölməsinə Beyləqan rayon sakini Sahib Həsənov məlumat veribş. Bildirilib ki, hadisə bir neçə gün əvvəl baş verib.

Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü alkoqol asılılığından əziyyət çəkən Əzizov İntiqam Akif oğlu 4-5 gün əvvəl Bakının Nərimanov rayonunun Təbriz küçəsi 17 ünvanının qarşısından Təcili Tibbi Yardım Stansiyasının avtomobili ilə götürülərək xəstəxana adı ilə naməlum istiqamətə aparılıb.

Həmin gündən etibarən İ.Əzizovun hansı tibb müəssisəsində saxlanılması barədə məlumat yoxdur.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci bölməsində araşdırmalara başlanıb. (Trend)

Həmçinin oxuyun

Bakıda qız şirkətə CV verdi – Bu şəkli göndərdilər

Bakıda avtomobil servis şirkəti iş üçün müraciət edən xanımdan tələb etdiyi ətək ölçüsü ilə sosial …