Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Bakıda ŞOK hadisə: bacısının 10 günlük körpəsini 350 manata satdı

Bakıda ŞOK hadisə: bacısının 10 günlük körpəsini 350 manata satdı

Azərbaycanda 10 günlük körpə 350 manata satılıb.

“Report”un xəbərinə görə, 2 ay əvvəl Xaçmaz şəhər sakini M.Z. polisə müraciət edərək 21 yaşlı oğlu Q.-nın qeyri-rəsmi nikah münasibətində olduğu Bakı sakini 22 yaşlı L.H.-nın (qadın) 2017-ci ilin oktyabr ayında yaşadıqları evdən çıxaraq itkin düşdüyünü bildirib.

Polis əməkdaşları L.H-nı Abşeron rayonu ərazisində tapıb. Məlum olub ki, L.H. qeyri-rəsmi nikahda olduğu Q. ilə mübahisə edərək evdən çıxıb və Bakıda yaşayan bacısı G.-nın yanına gəlib. Bu ilin avqustunda isə o, paytaxtdakı xəstəxanaların birində qız uşağı dünyaya gətirib. 10 gün sonra G. bacısı L.H-nın körpəsini Gəncə sakini olan 35 yaşlı qadına 350 manata satıb.

Fakt üzrə araşdırma davam etdirilir.

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …