Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Bakıda sırf Naxçıvan məhsulları satan mağaza açıldı – FOTO + VİDEO

Bakıda sırf Naxçıvan məhsulları satan mağaza açıldı – FOTO + VİDEO

Bakının “8 km bazarı”nın yaxınlığında,  keçmiş Şuşa hərbi komissarlığının yerləşdiyi  binanın birinci mərtəbəsində, sırf Naxçıvanda istehsal olunan təbii məhsulların topdansatış mağazası açılıb.  Mağaza müştərilərə həmçinin topdansatış qiymətinə pərakəndə  satış da təklif edilir. Mağazada dadı dillər əzbəri olan  Naxçıvan kolbasa və sosislərini, böyük müalicəvi əhəmiyyətə malik mineral sualarını, baldırğan və çaşır turşularını, konservləşdirilmiş şəkilə salınmış Naxçıvan qovurmasını və başqa məhsulları əldə etmək olar. Mağaza həmçinin şadlıq və mərasim evlərilə sərfəli əməkdaşlıq etməyə hazır olduğunu bildirir. Yaxın vaxtlarda “Naxçıvan məhsulları”  brendi  paytaxtın bir neçə yerində  də mağaza açmağı planlaşdırır.

Ünvan: Nərimanov rayonu,  Təbriz küçəsi 25 C (köhnə Çapayev) Təfəkkür Universitetinin yanı.

Əlaqə telefonları:

050 414 00 85

012 409 85 85

Azinforum.az

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın