Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Cəmiyyət / Bakıda qanunsuz tikililər söküldü – Video

Bakıda qanunsuz tikililər söküldü – Video

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda qanunsuz tikililəri söküb.
Bu barədə FHN məlumat yayıb.
Məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani və Ağasadıq Gəraybəyli küçələrində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Həmçinin oxuyun

Aydın Talıbzadə: Kino müsabiqəsi son dərəcə şəffaf olub

Film layihələri müsabiqəsinin yekununa həsr olunmuş brifinq keçirilib Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin …