Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Cəmiyyət / Bakıda postların sayı artırılır — RƏSMİ

Bakıda postların sayı artırılır — RƏSMİ

Bu gündən Bakı şəhərində mobil postların sayı artırılır.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli deyib. O bildirib ki, təhlükəsiz şəhər kameraları vasitəsilə müşahidələr aparılacaq və nəqliyyatın sıx olduğu küçələrdə mobil postlar qurularaq yoxlamalar təşkil ediləcək.

“Son günlərdə, xüsusilə də şənbə, bazar və bu gün, bazar ertəsi günündə şəhərdə nəqliyyat sıxlığı kifayət qədər çoxalıb. Yəni şəhərdə aparılan, təhlükəsiz şəhər kameraları vasitəsilə aparılan müşahidələr göstərdi ki, nəqliyyat vasitələrinin intensivliyi icazələrlə tərs mütənasiblik təşkil edir. DİN rəhbərliyi də vaxtında qərar verdi ki, bu reydlərin, mobil postların sayı artırılsın və vətəndaşlarımızın icazə əsasında hərəkət etmələri stimullaşdırılsın”. (Analitik.az)

Həmçinin oxuyun

Bu müəllimlər məcburi şəkildə vaksinasiya olunacaqlar – VİDEO

Məktəblərdə ənənəvi təhsilə fevralın 1-dən start veriləcək. Pandemiya dövründə şagird və müəllimlərin təhsil prosesinə cəlb …