Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Cəmiyyət / Bakıda plastik əməliyyat olunan ərəb qadının səhhəti pisləşdi

Bakıda plastik əməliyyat olunan ərəb qadının səhhəti pisləşdi

Bakıda liposaksiya əməliyyatına girən ərəb turist komaya düşüb.

Turist Rasa Ellemzadaa Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına müraciət edib.

Əməliyyat zamanı vəziyyəti pisləşən xəstə Baku Medical Plazaya yerləşdirilib. Hazırda komadadır. Əldə etdiyimiz məlumata görə, emboliya (piyin qana keçməsi) halı baş verib.

Klinikanın Reanimasiya və İntensiv terapiya şöbəsinin müdiri Elxan Bəşirov “axsam.az”a açıqlamasında məsələyə münasibət bildirib:

“Liposaksiyadan sonra belə hallara rast gəlmək mümkündür. Piy bolizması deyilən bir hal baş verir. Belə bir fəsad yaranması hallarına rast gəlirik. Xəstə hazırda klinikamızdadır, müalicə alır. Daha geniş məlumat verə bilmərik”.

Əməliyyatı icra edən həkimlərdən olan P.Əhmədov isə ərəb qadını əməliyyat etdiklərini təsdiqləyib. O, xəstənin başqa klinikaya köçürülməsinin səbəbini isə belə izah edib:

“Xəstə komaya düşməyib. Bizim klinikada bir neçə gün qaldı da. Sadəcə, daha yaxşı şəraiti olan bir klinikaya getmək istədi. Onun Amerika sığortası var, yüksək şəraitdə müalicə almaq istəyir. Biz onu digər xəstəxanada da müayinə etmişik. Hazırda səhhəti yaxşıdır”.

Həmçinin oxuyun

“Homoseksuallar mütləq güllələnməlidir” – Şeyx Əbdül

Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) homoseksualların televiziya ekranlarına çıxmağı ilə bağlı mövzuya münasibət bildirərkən …