Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Cəmiyyət / Bakıda orta məktəblərdə şagirdlərdən sağlamlıq haqqında arayış tələb edirlər

Bakıda orta məktəblərdə şagirdlərdən sağlamlıq haqqında arayış tələb edirlər

Bakıdakı orta məktəblərdə şagirdlərdən sağlamlıq haqqında arayış tələb olunur. Bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılıb. Valideynlər bildiriblər ki, uşaqlara ərazi üzrə poliklinikalarda müayinədən keçmələri və məktəbə sağlamlıq haqqında arayış gətirilmələri tapşırılıb. Qeyd olunur ki, xüsusilə bir neçə gün dərsə getməyən yuxarı sinif şagirdləri arayısız məktəbə buraxılmırlar.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən virtualaz.org-a məlumatı təsdiqləyiblər. İdarədən bildiriblər ki, sağlamlıq haqqında arayış tələbi koronavirusla bağlıdır. Belə ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tələblərinə uyğun olaraq Bakı məktəblərində COVİD-19 virusuna yoluxan və ya koronavirus xəstəsi ilə yaxın təmasda olan şagirdlərdən məktəb rəhbərliyi tərəfindən sağlamlıq haqqında arayış tələb olunur.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Həmçinin oxuyun

Əli İnsanovu toya buraxmadılar

Noyabrın 27-də keçmiş səhiyyə naziri Əli İnsanov toy mərasiminə buraxılmayıb. Sabiq nazir paytaxtın Xətai rayonu …