Cümə axşamı , May 26 2022
Ana səhifə / Cəmiyyət / Bakıda ölü yuma və cənazə daşıma şirkəti: Qiymətlər neçəyədir?

Bakıda ölü yuma və cənazə daşıma şirkəti: Qiymətlər neçəyədir?

Bakıda yuyat şirkəti fəaliyyət göstərir. 
Qaynarinfo xəbər verir ki, şirkətin qısa nömrəsi də var: *3740. 
Nömrədəki rəqəmlər 3, 7 və 40 mərasimlərini ifadə edir. Məlumatı dəqiqləşdirmək üçün həmin nömrə ilə əlaqə saxladıq.
– Salam, yuyat şirkətidir?– Bəli.
– Sizdə cənazənin yuyulması neçəyədir?– Bizdə təkcə cənazənin yuyulması deyil, bütün dəfn xidmətləri var.
– Qiymətləri deyə bilərsinizmi?– Hardan hara gediləcək?
– Cənazə Yasamal rayonundadır.– Elə orada dəfn olunacaq?
– Bəli.– Maşına 80 manat verərsiniz.
– Cənazənin yuyulmasının da qiymətini deyin zəhmət olmasa.– 60 manat da yuyat puludur. 
– Bəs çadır neçəyədir?– Çadır baxır necə götürəcəksiniz, yəni, menyu ilə, yoxsa menyusuz.
– Menyu ilə olan çadır da var?– Bəli.
– Maşının qiyməti sabitdir, yoxsa əraziyə görə dəyişir?– Maşın qiyməti məsələn yuduzdurub Yasamal qəbirstanlığı və ya “Volçivarot” olsa 80 manat, amma bu tərəflər, məsələn, Mərdəkan olsa 120 manat, Hövsanda, Xırdalanda 100 manat.
– Bu xidmətlər hansısa məsciddə göstərilir?– Xeyr. Bu şəxsi şirkətdir. Birbaşa bu nömrəyə zəng edilir və biz sürücünü yönəldirik. Hər hansı məscidə aidiyyəti yoxdur. Amma yuyat xidməti məscidlərdə həyata keçirilir. Yəni, istəsəniz “Təzə Pir”ə apararıq. Əslində bayaq sizə “Təzə Pir”in qiymətlərini deyirdim. Bəzi məscidlər 70-75 manata yuyur. Bu dəqiqə Bakıda ən bərkgedən məscid, bərkgedən deyəndə ki, cənazənin təmiz yuyulması baxımından “Təzə Pir, Göy məscid və Heydər məscidinin adını çəkmək olar. Yəni, bu məscidlərə aparmaq olar. Amma bu o demək deyil ki, şirkətimizin həmin məscidlərə aidiyyəti var. Xeyr, dediyim kimi, şəxsi şirkətdir.

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …