Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Bakıda müsəlman dünyasının nadir hadisəsi – Vəhdət namazı – (VİDEO,FOTOLAR)

Bakıda müsəlman dünyasının nadir hadisəsi – Vəhdət namazı – (VİDEO,FOTOLAR)

Azərbaycanda bütün müsəlman dünyası üçün örnək ola biləcək hadisə iki ildən çoxdur yaşanır. Söhbət Bakıda “Heydər məscidi”ndə qılınan vəhdət namazından gedir. Artıq iki ildir ki, Vəhdət namazı adlandırılan birgə namazda bütün məzhəblərdən olan müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar edirlər. Hazırda müsəlman dünyasında məzhəb ayrılığı, dini zəmində nifrətin olduğu bir zamanda Bakı təcrübəsi əslində təbliğ olunası, bütün müsəlman aləmində örnək alınası bir hadisədir. 

Məhz bu səbəbdən də Türkiyə, Misir və digər müsəlman ölkələrindən gələn jurnalistlər, din xadimləri vəhdət namazını heyranlıqla qarşılayır.

Cümə günü redaksiyamızın çəkiliş qrupu “Heydər Məscidi”ndə olaraq vəhdət namazını izləyib. Ənənəvi olaraq müxtəlif məzhəblərdən olan müsəlmanlar məsciddə birgə namaz qıldılar, namazda turistlər də iştirak edirdi.

Söhbət etdiyimiz şəhər sakinləri məsciddə mehriban atmosferin olduğunu, hər kəsin birlik və mehribançılıq içərisində olduğunu dedilər.

Qeyd edək ki, məscid kompleksi 2014-cü ildə istifadəyə verilib. Heydər məscidi Qafqazda ən böyük məsciddir. Minarələrinin hündürlüyü 95 metrdir. Dörd minarəli məscidin minarələrində lift işləyir. Məsciddə təxminən 5000-7000 nəfər eyni vaxtda ibadət edə bilər.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

 

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …