Cümə , Noyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Bakıda kütləvi dava: saxlanılanlar var

Bakıda kütləvi dava: saxlanılanlar var

Bakıda kafedə kütləvi dava-dalaş olub. 

Azinforum.az lent.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisindəki “Dəli Kür” kafesində bir qrup şəxs arasında dava-dalaş olub. Dava zamanı 1986-cı il təvəllüdlü Mehdiyev Tofiq Şamil oğlu ağır xəsarət alıb. Daha bir nəfər isə yüngül xəsarətlərlə canını qurtarıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində davada iştirak edən 1994-cü il təvəllüdlü Həsən Ağayevlə 1995-ci ildə anadan olmuş Elvin Əliyev tutulub. Onların hər ikisi əvvəllər müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Ömrünün 8 ili məhbəsdə, qalanı Kəlbəcərsiz keçən adsız xalq şairi…

Kəlbəcər deyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngiz bir adam gəlir. Şair …