Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Bakıda kürəkənini “kislota” ilə yandıran qadın psixiatriya xəstəxanasına göndərildi

Bakıda kürəkənini “kislota” ilə yandıran qadın psixiatriya xəstəxanasına göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini “kislota” ilə yandırmaqda ittiham olunan Kəmalə Əsədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslə bağlı qərar çıxarılıb. Qərara əsasən, K.Əsədovanın barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilib. O, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, K.Əsədova ötən ilin əvvəlində gecə saatlarında kürəkəni Tərlan Qarayevin kirayə yaşadığı evə gələrək, yatdığı yerdə onu “kislota” ilə yandırıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

K.Əsədova barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsədn sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilməyib.

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …