Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Bakıda küçələrdə sadəcə itlərini gəzdirənlər və icazəsi olanlar var – Fotolar

Bakıda küçələrdə sadəcə itlərini gəzdirənlər və icazəsi olanlar var – Fotolar

Bu gün paytaxt Bakıda tətbiq edilən ikigünlük növbəti sərt karantin rejiminin ilk günüdür.

Oxu.Az-ın fotoqrafı növbəti sərt karantin rejiminin ilk günündə paytaxt küçələrindəki vəziyyəti kameranın yaddaşına köçürüb.

Paytaxtın mərkəzi küçələri, əsas prospektlərində karantin postları qurulub. Sərt karantin rejimi çərçivəsində ictimai nəqliyyatın və avtomobillərin hərəkəti tamamilə dayandırılıb.

Küçələrdə yalnız “icaze.egov.az” portalından qeydiyyatda keçmiş, icazəsi olan məhdud sayda şəxslərin və nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

Çəkiliş zamanı ev itlərini gəzdirməyə çıxan sakinlərə də rast gəldik. Operativ Qərargahın təlimatlarına uyğun olaraq, sərt karantin günlərində əhalinin itlərini gəzdirməsi üçün məhdudiyyət yoxdur. Lakin bu vəziyyətdən sui-istifadə edilməsi yolverilməzdir. Paytaxt sakinləri itlərini yaşadıqları evlərin yaxınlığında qısa müddətlik gəzintiyə çıxara bilər.

Bakının mərkəzi küçə və prospektlərində xidmət aparan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları və Daxili Qoşunların hərbçiləri xüsusi icazəsi olmadan küçəyə çıxan vətəndaşlarla profilaktik söhbət apararaq onları karantin qaydalarına riayət etməyə dəvət edib. 

Sərt karantin rejiminin tələblərini pozan vətəndaşlar barəsində isə qanunamüvafiq şəkildə tədbirlər görüləcək.

Xatırladaq ki, iyunun 14-ü saat 00:00-dan etibarən iyunun 16-ı saat 06-00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərt karantin rejimi tətbiq olunur.

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …