Ana səhifə / Cəmiyyət / Bakıda koronavirus xəstəsi sosial şəbəkədə intihar edəcəyini yazdı

Bakıda koronavirus xəstəsi sosial şəbəkədə intihar edəcəyini yazdı

Sosial şəbəkə istifadəçisi Günel Hakimqoca (Gunel Farkhad Khakhimqoja) son statusunda koronavirus xəstəsi olduğunu və intihar edəcəyini yazıb.

Statusla əlaqədar polis əməkdaşları həmin qadının yaşadığı ünvanı müəyyən edərək dərhal hadisə yerinə yollanıblar.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə mənzilə daxil olunub. Qadınla aparılan söhbət zamanı onu intihar fikrindən döndərmək mümkün olub.

Qadın hazırda tibb müəssisəsinə yerləşdirilib. Həyati təhlükəsi və sağlamlığında problem yoxdur. APA

Həmçinin oxuyun

Tbilisidə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd edildi – Fotolar

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli …