Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Cəmiyyət / Bakıda İran İslam İnqilabının 40-cı ildönümü qeyd edilib

Bakıda İran İslam İnqilabının 40-cı ildönümü qeyd edilib

Bu gün Bakıda İran İslam İnqilabının 40-cı ildönümü münasibəti ilə rəsmi ziyafət təşkil edilib.

Əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib. 

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İranın inqilabdan ötən 40 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində müxtəlif sahələrdə böyük uğurların əldə edildiyini vurğulayıb. 

Səfir qeyd edib ki, İranİslam Respublikası bu müddətdə regional sabitlik amili kimi çıxış edib, terrorizmin qarşısını almaq üçün ciddi və təsirli addımlar atıb. 

İqtisadiyyat naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan hökuməti adından təbrik edib. Azərbaycan-İran əlaqələrinin möhkəmləndiyini diqqətə çatdıran nazir ölkələrimiz arasında qədim tarixi köklərə əsaslanan dostluq münasibətlərinin olduğunu söyləyib. 

Ş.Mustafayev iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin bu münasibətlərin inkişafına böyük təkan verdiyini deyib. 

Ölkələrimizin münasibətlərindən danışan nazir deyib ki, İran ilə Azərbaycan arasındakı dostluğa və qardaşlığa əsaslanan əlaqələr gündən-günə inkişaf edir. 

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Həmçinin oxuyun

İtkin düşmüş əsgərin məzarı 25 ildən sonra İmişlidə tapıldı

Qarabağ döyüşlərində itkin düşmüş 1975-ci il təvəllüdlü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini İlqar Həsənalı oğlu …