Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Bakıda icra başçısı baltanı götürüb Küpəgirən qarıya hücum çəkdi

Bakıda icra başçısı baltanı götürüb Küpəgirən qarıya hücum çəkdi

Bakıda məmurlar bu dəfə rus xalq nağıllarının qəhrəmanlarını hədəf alıblar. Virtualaz.org xəbər verir ki, qara siyahıya Küpəgirən qarı, Ölməz Kaşey, habelə müxtəlif dəniz quldurları düşüblər. Belə vəziyyət Bakının Xətai rayonunda yaranıb.

Belə ki, rayon ərazisindəki restoranlardan birinin qarşısında qoyulmuş nağıl personajları heykəlləri yaxınlıqdan öz avtomobili ilə keçən icra hakimiyyətinin başçısı Razim Məmmədovun gözünə sataşıb. “Urfa” restoranının qarşısında beş ildən çoxdur qoyulan və paytaxt sakinlərində xoş təbəssüm yaradan bu heykəllər nəyə görəsə icra hakimiyyəti başçısını bərk qəzəbləndirib. Razim Məmmədov dərhal tabeçilyindəki şəxslərə əmr edib ki, heykəlləri söksünlər. Çünki onun “votçinasında” belə heykəllərə yer ola bilməz.

Restoran sahibləri anlaya bilmirlər ki, bu nağıl qəhrəmanları rayon başçısını nəyə görə qəzəbləndirib. Və onlar icra hakimiyyəti başçısının göstərişinin yerinə yetiriləcəyini və bütün heykəllərin söküləcəyini təşvişlə gözləməkdədir.

Sual yaranır: doğrudanda bu Küpəgirən qarı və ya Ölməz Kaşey rayon başçısını nəyə görə qəzəbləndirib? Axı bunlar sadəcə heykəldir və Küpəgirən qarı məmurları tilsimləyib onları kreslolarından aşıracaq imkanda deyil, tamamilə ziyansız heykəldir. Digər tərəfdən bu sahibkarların hüquqlarına müdaxilə və qanunların pozulması deyilmi?

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu …