Bazar ertəsi , Yanvar 21 2019
Ana səhifə / Cəmiyyət / Bakıda görənləri heyrətə gətirən qəza: hadisə anı kameraya düşdü (VİDEO)

Bakıda görənləri heyrətə gətirən qəza: hadisə anı kameraya düşdü (VİDEO)

Dünən günorta saatlarında Bakıda yol qəzası baş verib.
Azinforum.az  xəbər verir ki, “Mercedes” və “Hyundai Santafe” markalı avtomobillərin toqquşub. Hadisə Yusif Səfərov küçəsində, Ali Məhkəmənin qarşısında baş verib.
Videodan da göründüyü kimi xanım sürücünün idarə etdiyi “Hyundai Santafe” markalı avtomobil sağ zolaqla hərəkət edir və sola manevr etmək istəyərkən artıq dönmə qadağan olan hissədən sağa Xocalı prospekti istiqamətinə dönən “Mercedes” markalı avtomobil ilə toqquşur.
Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəysə də, sürücülər xəsarət almayıb.


VIPedu.BIZ

Həmçinin oxuyun

Şəhidlər Xiyabanında qarşıdurma olub

Daxili İşlər Nazirliyi bu gün Şəhidlər Xiyabanında bir qrup müxalifət təmsilçisinin saxlanılması barədə yayılan məlumatlara …