Ana səhifə / Cəmiyyət / Bakıda gizli qumarxana var imiş – FOTO

Bakıda gizli qumarxana var imiş – FOTO

Qafqaznews.az olaraq dəfələrlə paytaxtımızda gizli fəaliyyət göstərən kazino-qumarxanalar barədə araşdırma yazıları dərc etmişik. Məqsədimiz cəmiyyət üçün təhlükəli olan bu problem barədə cəmiyyəti və müvafiq orqanları məlumatlandırmaqdır. …

Bir müddət əvvəl redaksiyamiza daxil olan məlumata görə Hüseynbala Əliyev küçəsi, 24 ünvanda fəaliyyət göstərən “Livan şaurması” adlı kafedə axşam saat 17-00-dan sonra qumar oyunları keçirilir. Məlumatdan bəlli olurdu ki, kafe ilə üzbəüz yerləşən H.Əliyev küçəsi, ev 36-nın sakinlərinin şikayətindən sonra Vergilər Nazirliyi reyd keçirərək həmin kafedə qumarxana oyunlarının keçirilməsini aşkar etmişdir.

Ancaq səhərisi gün “Livan şaurması” adlı kafedə qumar oyunları yenidən fəaliyyətə başlayıb. Dünən redaksiyamıza daxil olan şikayət əsasında Qafqaznews.az-ın əməkdaşı həmin obyektə baş çəkib. Əməkdaşımızın jurnalist olduğunu bilən obyekt işçiləri onun əlindən mobil telefonu alaraq telefonda apardığı qeydləri siliblər. Hətta əməkdaşımızın cibindən pul qabını çıxarıb ordan jurnalist vəsiqəsini götürərək özləri üçün xüsusi qeydlər aparıblar ki, jurnalist hansı agentliyin əməkdaşıdır.

Qumarxananın ofisiantları biri-birinə göz aydınlığı verərək qışqırıblar ki, obyektdə jurnalist tutulub. Yaxınlıqda yerləşən binaların sakinləri bizimlə söhbətdə bildirirdilər ki, qumarxananı işlədənlər özlərini elə aparırdılar ki, sanki erməni kəşfiyyatçısını tərksilah ediblər.

Sonra qumarxananın idmançı görkəmində olan əməkdaşları müxbirimizə xəbərdarlıq ediblər ki, o bir də bu obyektdən reportaj hazırlasa onu yerin dibində olsa da tapıb qabırğalarını sındıracaqlar. Əməkdaşımızın apardığı araşdırmalar nəticəsində obyektin kim tərəfindən işlədildiyi bəlli olub.

Obyektin sahibi özünü müştərilərə Surxay kimi təqdim eləsə də, əməkdaşımız onun əsl adının Mətləb olduğunu öyrənə bilib. Mətləbin soyadı, onun hansı generalın sağ əli olmağı və qardaşı ilə bağlı olay bizə bəllidir. Biz xüsusi olaraq qeyd də edə bilərik ki, həmin generalın özü də qumar məsələsinə çox həssas yanaşır. Ancaq bütün bunlar barədə növbəti yazıda.

Bakıda gizli qumarxana var imiş

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın