Cümə , Dekabr 9 2022
Ana səhifə / Cəmiyyət / Bakıda gənc oğlan dostları ilə yeyib-içdi, hesabı ödəmədən qaçdı – TƏFƏRRÜAT

Bakıda gənc oğlan dostları ilə yeyib-içdi, hesabı ödəmədən qaçdı – TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda 1994-cü il təvəllüdlü Kamran şəxsi münasibətlər zəminində yarana mübahisə zamanı tanışı Nadircana xəsarət yetirib. AZİNFORUM.AZ xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 28-də baş verib.

Kamran pul borcu üstündə yaranan münaqişə zamanı Nadircana bıçaqla vurub.

İstintaq orqanı tərəfindən Kamranın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İradə Həsənzadənin sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Kamran ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, üç aydan artıq müddətdir birlikdə işlədiyi Nadircanla münasibətləri normal olub: “2021-ci il iyunun 28-də, səhər saatlarında Xəzər rayonu, Şağan qəsəbəsində olarkən Nadircan, onun qayınları Samir və Şahidlə ilə bərabər dənizə getdik. Saat 19 radələrində Xətai rayonu, Kənd Əhmədliyə gəldik. Orada Samir bizdən ayrıldı və qalanlar kafelərdən birində pivə içmək barədə razılışdıq. Puldan narahat olmamağı söyləməklə üçümüzün getdiyi, Bakı metropoliteninin “Əhmədli” stansiyası yaxınlığında yerləşən “Dost” kafesində yeyib-içdikdən sonra hesab çox olmasına görə Nadircanla Zamirə qardaşımdan pul götürərək qayıdacağımı dedim. Lakin qardaşım evdə olmadığından və içkili olduğumdan yatdım. Saat 23 radələrində döyülən giriş qapısını açdıqda Nadircanı gördüm. Nadircan hesabı ödəmədiyim üçün iradını bildirdi. Aramızda mübahisə yarandı. Məni nalayiq söyüşlərlə təhqir etdiyinə görə mətbəxdən götürdüyüm bıçaqla iki dəfə Nadircanın qarın nahiyəsinə doğru zərbə vurdum. İkinci zərbədən sonra bıçağın tiyəsi sındı və sonuncu yerə yıxıldı. Həmin vaxt səsə çöldə gözləyən Zamir Nadircana yaxınlaşmaqla sonuncunu qaldıraraq apardı”.

Kamran qeyd edib ki, etdiyi hərəkətindən çox peşmandır. O, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini deyib. Bildirib ki, özünü Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli bilir.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nadircanın sözlərinə görə, Kamranı bir yerdə tikintidə fəhlə işləyərkən tanıyıb: “İyunun 28-də qayınlarım Samir və Şahidlər, Kamran ilə Bakı şəhərinin Xətai rayonundakı “Dost”Ⅶ kafesində yemək yemeklə spirtli içki qəbul etdik. Sonra Kamran hesabı ödəməkdən ötrü pulun dalınca evə gedərək qayıtmadı. Məcburiyyət qarşısında qalaraq Zamir zəng etməklə dostundan 23 manat borc pul istədi. Hesab ödəyərək Kamranın yaşadığı evinin yanına gəldik. Zamir maşında oturdu. Döydüyüm qapını açan Kamrana irad bildirdim. Aramızda mübahisə yarandı. Kamaranı söydüm. Kamran məni bıçaqla vurdu”.

Qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir iddiası yoxdur.

Məhkəmənin hökmü ilə Kamran 3 il müddətinə azadlıqdan məhrum edilib.

0

Həmçinin oxuyun

Aqil Abbasdan yaşlı aktyorların işdən çıxarılmasına etiraz: “Elə tamaşalar qoyulur ki…” — VİDEO

Son vaxtlar yaşlı aktyor və aktrisaların teatrdan kənarlaşdırılması ilə bağlı məsələlər müzakirə mövzusuna çevrilib. Bir …