Ana səhifə / Cəmiyyət / Bakıda “Estetikanın Təkamülü” adlı elmi praktik konfrans keçiriləcək – Media dəvətlidir

Bakıda “Estetikanın Təkamülü” adlı elmi praktik konfrans keçiriləcək – Media dəvətlidir

16 dekabr 2016-cı ildə, “Badamdar” oteldə (Kempinski hotel Badamdar) “Estetikanın Təkamülü” adlı elmi praktik konfrans keçiriləcək.
Konfransa səhiyyədə öndə gedən ölkələrdən mütəxəssislər, Prezident Admnistrasiyasından, Milli Məclisdən, Səhiyyə Nazirliyindən, və QHT-lərdən nümayəndələr dəvət edilib.
Konfransda son zamanlarda kütləvi hal almış qeyri – peşəkar tibbi və estetik xidmətlərdən və bunun nəticəsində yaranan fəsadların aradan qaldırılmasından və ən son yeniliklərdən danışılacaq, tətbiqetmələr göstəriləcək.
KİV nümayəndələri tədbirə xüsusi dəvətlidir.

VMR Medical Center
+994 55 919 11 01

ARAYIŞ

VMR Medical Center şirkəti olaraq biz, Azərbaycan Respublikasında hər bir vətəndaşın sağlamlığına və estetik probelmlərinin həllinə xüsusi əhəmiyyət veririk. Heç kimə sirr deyil ki, Ümummilli Liderimiz Heydər Əliyev başda olmaqla, Vətənimizin şərəfli övladlarının mücadiləsi sayəsində müstəqillik qazandığımız vaxtdan bugünədək müstəqil dövlət kimi böyük inkişaf yolu keçmişik. Biz həmişə arzulamışıq ki, bir sıra sahələrdə olduğu kimi, səhiyyəmizin inkişafında da, ölkəmizin prinsipal mövqeyinə dəstək olaq, sarsılmaz uğurlar qazanaq.
Diqqətinizə çatdırmaq istəyirik ki, biz şirkət olaraq Azərbaycanda 2014-cü ilin yanvar ayından etibarən fəaliyyətə başlamışıq. Lakin ilk gündən, harada istehsal olunmasından asılı olmayaraq, yalnız beynəlxalq standartlara cavab verə bilən məhsullarla işləməyə üstünlük vermişik. Çünki bizim əsas vəzifəmiz və məqsədimiz xalqımıza keyfiyyətli xidmət göstərmək, keyfiyyətli məhsulların ölkəmizdə tanınmasını təmin etməkdir. Bu gün biz, inkişaf etmiş xarici ölkələrdə, o cümlədən Türkiyədə istehsal olunan bir çox estetik və kosmetik məhsulları tam arxayınlıqla, təhlükəsizliyinə güvənərək istifadə edirik. Eyni zamanda, bir çox xarici şirkətlər, xüsusilə də Türkiyə şirkətləri ilə sıx əməkdaşlıq etməyi və ölkəmizdə həmin şirkətlərin məhsullarının satışını həyata keçirməyi planlaşdırırıq.

Hansı ki, nəzərdə tutduğumuz həmin şirkətlər estetik əməliyyatlarda və kosmetalogiyada geniş istifadə olunan, ən son texnalogiya ilə hazırlanmış məhsullar istehsal edir.
Yeni qurulmuş gənc şirkət olmağımıza baxmayaraq, artıq bir neçə xarici ölkə şirkətləri ilə əməkdaşlıq edirik. Həmçinin səhiyyə sektorunda inkişaf etmiş xarici ölkələrdən, ən başda da Türkiyədən mütəxəssislər dəvət edərək ölkəmizdə gənc kadrların hazırlanması, ixtisaslaşması və təlimlərin keçirilməsi məqsədi ilə böyük konfranslar təşkil edirik, xalqımızın tibbi baxımdan marifləndirilməsinə çalışırıq.
Bu mövzuda növbəti konfransımız 16 dekabr 2016-cı ildə, saat 14:00-da Kempinski Hoteldə keçiriləcəkdir. Sizi, böyük məmuniyyətlə 16 dekabr 2016 – cı ildə, saat 14:00 – da Kempinski Hoteldə keçiriləcək konfrasa dəvət edirik. Bizim konfransımıza qatılmağınızı Sizin bizə töhvəniz və şirkətimizin uğuru kimi dəyərləndiririk və bu konfransa qatılacağınıza ümid edirik.
Bizə verəcəyiniz dəyər üçün Sizə səmimi minnətdarlığımızı bildiririk.
VMR Medical Center

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın