Şənbə , Yanvar 23 2021
Ana səhifə / Cəmiyyət / Bakıda dizellə işləyən avtobuslar ləğv edilə bilər

Bakıda dizellə işləyən avtobuslar ləğv edilə bilər

Bakıda dizel yanacağı ilə işləyən avtobuslar istifadədən çıxarıla bilər.
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal KərimliParlament Jurnalistlər Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı bildirib.
V.Kərimli deyib ki, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb.
BNA rəhbəri qeyd edib ki, həmin tələblər hökumətə təqdim olunub: “Tələblərdən biri də odur ki, 2022-ci ildən etibarən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri sıxılmış qaz və elektriklə işləyən avtomobillərdən ibarət olsun. Bizim üçün ətraf mühit vacibdir”. (Trend)

Həmçinin oxuyun

İşbazlar qəhrəmanlarımızın adından icazəsiz istifadə edirlər (VİDEO)

Polad Həşimov adına “Şən uşaq bağçası” və ya adi “Uşaq bağçası” kimi reklam lövhələrinə sosial …