Cümə , Noyabr 22 2019
Ana səhifə / Cəmiyyət / Bakıda direktor müəllimi intihar həddinə çatdırıb? – AÇIQLAMA

Bakıda direktor müəllimi intihar həddinə çatdırıb? – AÇIQLAMA

Bakı məktəblərindən birində müəllimlə direktor arasında qalmaqallı iddialar səsləndirilib.

Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi 216 nömrəli tam orta məktəbdə müəllim kimi çalışan 1970-ci il təvəllüdlü Babayeva Sədaqət Şirzad qızı polisə şikayət ərizəsi ilə müraciət edib.

Ərizədə qeyd olunub ki, çalışdığı 216 nömrəli məktəbin direktoru, 1980-ci il təvəllüdlü Bayramov Elnur işdən çıxmasını tələb edərək, onu intihar həddinə çatdırır. Qadın işdən çıxarılacağı təqdirdə intihar edəcəyini deyib.

Məsələ ilə bağlı 216 nömrəli tam orta məktəblə əlaqə saxladıq. Məktəbdən redaksiyamıza bildirilib ki, məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərən Sədaqət Babayevanın işdən çıxarılması ilə bağlı iddiası həqiqətə uyğun deyil:

“Belə ki, 11 oktyabr 2019-cu ildə Sədaqət Babayeva 102 xidmətinə zəng edərək intihar edəcəyini bildirib. Sədaqət Babayeva məktəbdə IX siniflər üzrə keçirilən ilkin diaqnostik qiymətləndirmənin nəticələrinə etiraz olaraq bu addımı atıb.

O, keyfiyyətə nəzarət lövhəsindən sinif rəhbəri olduğu IX b sinfinə aid qiymətləndirmə vərəqini çıxarıb, direktorun otağına daxil olaraq yüksək səslə etirazını bildirib. Daha sonra isə 102 xidmətindən gələn əməkdaşlara qarşı kobudluq edərək izahat yazmaqdan imtina edib”.

Qeyd edək ki, S.Babayeva ilə bağlı 2018-ci ildə də belə bir hal yaşanıb. O, dərs saatının azlığı ilə bağlı 102 xidmətinə zəng edərək şikayət edib. Onu da qeyd edək ki, müəllimlərə dərs yükü diaqnostik qiymətləndirməyə uyğun olaraq verilir.

Həmçinin oxuyun

“Qız qaçırana 10 il, adam öldürənə 15 il?” – Qısqanc ərinin bıçaqladığı Gülnar 12 gün sonra ölüb

Qeyri-rəsmi rəsmi ər-arvad münasibətində olduğu qadını öldürməyə cəhddə ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına …