Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Bakıda deputatın xidməti maşını ilə “avtoşluq”: “Kimə şikayət edirsənsə et” – VİDEO

Bakıda deputatın xidməti maşını ilə “avtoşluq”: “Kimə şikayət edirsənsə et” – VİDEO

Bakıda dövlət qurumlarından  birinə məxsus xidməti avtomobil “avtoşluq” edib.

RePost.Az-ın məlumatına görə, noyabr ayının 30-da, səhər saatlarında 10 PA 567 dövlət nömrə nişanlı avtomobil Neftçilər prospekti ilə hərəkətdə olarkən Yol Hərəkəti Haqqında qanunun tələblərini pozub. Sürət həddini, aşıb, digər avtomobilləri qarşı zolağa sıxmaqla qəza şəraiti yaradıb və sair. Qaydanı pozan  sürücü həm də lüzumsuz yerə yüksək səsli siqnaldan istifadə edərək digər sürücülərin diqqətini yayındırıb. Onun bu hərəkətinə etiraz edəndə isə xidməti avtomobilin sürücüsü kobud tərzdə heç kimdən qorxmadığını bildirib. “Kimə şikayət edirsənsə et”, – deyərək yüksək sürətlə uzaqlaşıb.

Azinforum.az  həmin vaxt çəkilmiş videogörüntüləri təqdim edir:

 

https://www.youtube.com/watch?v=WUOsxvRqM9Q

Həmçinin oxuyun

Bərdə terrorunda yaralananlar hadisənin dəhşətlərindən danışdılar – VİDEO

Oktyabrın 28-i saat 13 radələrində Ermənistan silahlı qüvvələrinin atdığı “Smerç” tipli reaktiv raket zərbəsi nəticəsində …

Bir cavab yazın