Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Cəmiyyət / Bakıda bu rayon ləğv olunur, ərazisi bölüşdürülür və yeni rayon yaradılır

Bakıda bu rayon ləğv olunur, ərazisi bölüşdürülür və yeni rayon yaradılır

Bakının Nizami rayonu ləğv edilir. Rayonun ərazisi isə Xətai və Nərimanov rayonları arasında bölüşdürüləcək.

Bu iddia ilə Veteninfo.az saytı çıxış edib. Sayt yazır ki, hazırda bu istiqamətdə Nazirlər Kabneti yanında müvafiq təhlillər aparılmaqdadır. 

Bundan başqa Bakı şəhərində mərkəzi rayonun yaradılması ilə bağlı da işlərə start verilib. 

Məlumata görə, Səbail, Yasamal, Nəsimi, Nərimanov rayonlarının bir sıra hissəsini özündə birləşdirəcək mərkəzi rayon yaradılacaq. 

Hələ bir neçə il əvvəl mərkəzi İçərişəhər olmaqla Bakıda yeni rayonun yaradılması haqda xəbərlər dolaşmaqda idi. Hətta bununla bağlı açıqlamalar verilmiş, bu istiqamətdə araşdırmalar aparıldığı bildirilmişdi. Görünən odur ki, ümumiyyətlə Bakının yenidən rayonlaşdırılması nəzərdə tutulub və bu da yeni inzibati ərazilərin yaranması deməkdir.

Həmçinin oxuyun

Keçmiş idarə rəisi icra başçısını ittiham edir: “Pulları Mehdi Səlimzadə mənimsəyib”

Göyçay Rayon Sanitar-Təmizlik İdarəsinin keçmiş rəisi, hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan Əliyev Loğman Kərim oğlu …