Çərşənbə , Noyabr 29 2023
Ana səhifə / Cəmiyyət / Bakıda bu məktəbin direktoru vəfat etdi

Bakıda bu məktəbin direktoru vəfat etdi

Bakı şəhəri 156 nömrəli tam orta məktəbin direktoru Maqsud Heydərov dünyasını dəyişib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov feysbukda bildirib.

Məlumata görə, direktor 62 yaşında vəfat edib.

Qeyd edək ki, M. Heydərov 2004-cü ildən 2012-ci ilədək Bakı şəhəri üzrə xüsusi əyani-qiyabi tam orta məktəbin, 2012-ci ildən 326 nömrəli tam orta məktəbin, 2017-ci ildən isə 156 nömrəli tam orta məktəbin direktoru olub.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

“ATV məni yox, Polad Həşimovun xatirəsini təhqir edib” – Çingiz Abdullayev

Xalq yazıçısı Çingiz Abdullayevlə ATV telekanalı arasındakı ədavət davam edir. Yazıçı ATV rəhbərliyini general Polad …