Çərşənbə , İyun 3 2020
Ana səhifə / Cəmiyyət / Bakıda “Bentley” və “BMW” belə qayda pozdu – VİDEO

Bakıda “Bentley” və “BMW” belə qayda pozdu – VİDEO

Bakıda qarşı yola çıxaraq təhlükəli vəziyyət yaradan və avtoxuliqanlıq edən sürücülər kameraya düşüb.

Report xəbər verir ki, Binəqədi şosesində qeydə alınmış videodan görünür ki, BMW markalı, 10-BB-015 dövlət nömrə nişanlı və “Bentley” markalı 10-DD -012 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri əks istiqamətə çıxır və digər hərəkət iştirakçılarına real təhlükə yaradır. 

Bundan sonra sürücülər elə əks istiqamətdə yoluna davam edərək qarşıdan gələn nəqliyyat vasitələrinin önünə çıxır. 

Həmin videonu təqdim edirik. Yəqin ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları sürücüləri aşkar edərək barəsində müvafiq qaydada tədbir görüb, yaxud bu videodan sonra tədbir görəcəklər. Çünki İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozduqlarına görə hər bir sürücü barəsində 100 manat və 4 bal cərimə tətbiq edilməlidir.

Həmçinin oxuyun

Bakı metrosunda niyə sıxlıq yaşanıb? – Video

“Metronun “28 May” stansiyasında karantin rejiminin pozulmaması üçün sərnişinlər stansiyaya kütləvi şəkildə buraxılmır”  Bunu Oxu.Az-a açıqlamasında …