Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Cəmiyyət / Bakıda ana tərəfindən döyülən uşaq: “Mən səninlə getmək istəmirəm” (VİDEO)

Bakıda ana tərəfindən döyülən uşaq: “Mən səninlə getmək istəmirəm” (VİDEO)

Bakıda küçənin ortasında ana övladını döyüb.

Unikal.orgun əldə etdiyi məlumata görə, bu gün paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, Memar Əcəmi metrostansiyası yaxınlığında ana azyaşlı oğlunu sillələməyə başlayıb. Ana ilə övladı arasında yaranan münaqişəyə ətrafdakılar müdaxilə etmək istəyib. Bu zaman valideyn ətrafdakılara sərt reaksiya göstərib. Oğul ağlayıb qışqıraraq bildirib ki, “mən səninlə getmək istəmirəm”. Sonra münaqişəyə ətrafda xidmət göstərən polis müdaxilə edib. Polisin müdaxiləsi belə övladı sakitləşdirməyib.

Həmçinin oxuyun

Faizlərin ümidinə qalan həkimlərin olmayan hüquqları

Ölkədə ofisiantlar və satıcılardan sonra əmək hüquqları pozulan peşə sahiblərindən biri də həkimlərdir. Bir qayda …