Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Bakıda ağacları indi də icra hakimiyyətinin işçiləri kəsir

Bakıda ağacları indi də icra hakimiyyətinin işçiləri kəsir

Paytaxtda yaşıllığa qənim kəsilənlər ağacları qırıb məhv etməkdə davam edirlər.

Virtualaz.org saytı xəbər verir ki, “yaşıl soyqırımı” bu dəfə Xətai rayonu ərazisində, Babək prospektində baş verib.

Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları metronun “Xalqlar dostluğu” stansiyasından Yeni Günəşli qəsəbəsinə qədər ərazidə yol kənarındakı bütün ağacları kəsiblər. Babək prospektindəki ağac qırğını artıq 4 gündür davam edir.

Bəs buna səbəb nədir? RİH işçiləri ağacları niyə məhv edir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova virtualaz.org saytının bu məsələ ilə bağlı sorğusuna cavabında deyib ki, Daxili İşlər Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsi ETSN-ə rəsmi məktubla müraciət edərək küçələrdə yeni müşahidə kameraları quraşdırmaq üçün yol kənarındakı ağacların kənara çıxmış budaqlarının kəsilməsinə icazə istəyib. ETSN də müşahidə zonasında görməyə əngəl yaradan iri budaqların kəsilməsinə icazə verib.

 

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın