Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Cəmiyyət / Bakıda 87 yaşlı kişi və 78 yaşlı qadın evləndi – FOTO

Bakıda 87 yaşlı kişi və 78 yaşlı qadın evləndi – FOTO

1 saylı Bakı DOST Mərkəzi tərəfindən evində səyyar sosial xidmət göstərilən ahıl vətəndaşlar ailə qurub.

Belə ki, 87 yaşlı vətəndaş Nadir Hüseynov bu gün 78 yaşlı Məsumə Dadaşova ilə nikaha daxil olub.
1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları bu şad günlərində vətəndaşların yanında olublar. Onları təbrik etməklə yanaşı, nikah münasibəti ilə hədiyyələr təqdim ediblər. Nikah 3 saylı ASAN Xidmət mərkəzində baş tutub.

Qeyd edək ki, 1 saylı Bakı DOST Mərkəzinin sosial xidmətçiləri tərəfindən Səbail rayon sakini olan Nadir Hüseynova yemək hazırlanması, zəruri ərzaq və məişət mallarının alınması, həkimin təyinatı ilə aptekdən dərman alınması, kommunal xərclərin ödənilməsi və digər xidmətlər göstərilir.Bakıda 87 yaşlı kişi və 78 yaşlı qadın evləndi - FOTO

Həmçinin oxuyun

Məşhur restoranda ölən şəxs Nazirlər Kabinetinin şöbə müdiri imiş

Nazirlər Kabinetinin sabiq şöbə müdiri vəfat edib. Belə ki, vaxtilə Nazirlər Kabinetinin Kənd təsərrüfatı şöbəsinin …