Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Bakıda 469 dollarlıq şam yeməyi! – VİDEO

Bakıda 469 dollarlıq şam yeməyi! – VİDEO

Kənardan özünə tamaşa etmək həmişə maraqlıdır. Nəinki özünə, həm də yaşadığın şəhərə kənar baxış maraq doğurur. Rusiyada çox populyar olan “Oryol i Reşka” (türkcə anlamında “Yazı və Tura”) proqramı buna imkan yaradıb. Veriliş ekranlara noyabrın 18-də çıxıb və “YouTube” videohostinqində yerləşdirilib.

Əyləncəli səyahət şousu dünyanın ən məşhur ölkələrindən və şəhərlərindən bəhs edir. Dördüncü dəfədir ki, veriliş Bakıya həsr olunur.

Virtualaz.org xəbər verir ki, verilişin şərtləri sadədir: iki aparıcıdan birinə 100 dollar, digərinə isə qızıl kart verilir. Həmin pullarla gənc aparıcılar tamaşaçılara nümayiş etdirməyə çalışırlar ki, bu qədər vəsaitlə müəyyən şəhərdə necə gəzib istirahət etmək olar.

Proqramın aparıcıları – blogerlər Nastya İvleyeva və Yevsey Kovalyov Bakının son illərdə necə dəyişdiyindən bəhs ediblər.

“Dənizkənarı bulvarın yenidən qurulması nəyə desən dəyər. Burada gəzərkən adama elə gəlir ki, dünyanın yarısını görüb. Londondakı kimi “Şeytan çarxı”, Sidneydəki kimi ticarət mərkəzi, Arizonadakı kimi kaktuslar, Venesiyadakı kimi qayıqlar üzən kanallar. Bütün bu bənzərliklər təsadüfi deyil. Şəhər hakimiyyəti isrəyir ki, müxtəlif millətlərdən olan turistlər Bakıya gələrək özlərini evlərindəki kimi hiss etsinlər”, – verilişdə deyilir.

Qeyd edək ki, aparıcıların şam yeməyi üçün daxil olduqları təmtəraqlı Azərbaycan mətbəxi restoranlarından birində bir nəfərlik masa 469 dollara başa gəlib!

Videonu diqqətinizə çatdırırıq:

Həmçinin oxuyun

Bu dərsliklərin yenidən yazılması gündəmdədir – Nazirlik

Torpaqlarımızın erməni işğalından azad edilməsi ilə əlaqədar Azərbaycan tarixi və Qarabağ tarixi dərsliklərinin yenidən yazılması …