Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Cəmiyyət / Bakıda 4 şəxs itkin düşüb – 3-ü qadındır

Bakıda 4 şəxs itkin düşüb – 3-ü qadındır

Bakıda ayrı-ayrı ərazilərdə bir neçə şəxs evdən gedib və geri qayıtmayıb.

Nəsimi rayon sakini 1986-cı il təvəllüdlü Tərlan Mürvətov bu ayın əvvəlində evdən gedib və geri qayıtmayıb.

Bərdə sakini 2008-ci il təvəllüdlü Ş. Allahverdiyeva isə Bakıda Nizami rayonu ərazisində itkin düşüb. O, B.Çobanzadə küçəsində yerləşən restoranlarının birinin qarşısında yoxa çıxaraq, itkin düşüb.Analoji hadisə Binə və Binəqədi qəsəbələrində də baş verib.
Belə ki, Binə qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Ə.Əzimova və Binəqədi qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü N.Məmmədova evdən gedərək, geri qayıtmayıblar.
Faktla bağlı həmin rayonlar üzrə polis şöbələrində araşdırma başladılıb.

Həmçinin oxuyun

Distant təhsil tələbi ləğv edildi

Distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyən edilib. Bu, Nazirlər Kabineti “Xüsusi …