Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Cəmiyyət / Bakıda ən ucuz və ən bahalı kirayə mənzillərin qiyməti açıqlandı

Bakıda ən ucuz və ən bahalı kirayə mənzillərin qiyməti açıqlandı

Avqust ayı ərzində Bakıda ən ucuz kirayə ev qiyməti Hövsanda qeydə alınıb və 170 manat təşkil edib. Ən bahalı kirayə mənzil isə 4500 manata Səbail rayonu ərazisində qeydə alınıb.
Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
Ekspert bildirib ki, ümumi şəhər üzrə kirayə mənzillərin orta qiyməti 775 manat, o cümlədən 1 otaqlı mənzil 350 manat, 2 otaqlı mənzil 449 manat, 3 otaqlı mənzil 542 manat, 4 otaqlı mənzil 869, 5 otaqlı mənzil isə 1156 manat təşkil edib.
Onun sözlərinə görə, ümumilikdə avqust ayında Bakıda kirayə mənzil bazarında bahalaşma 0.36 faiz təşkil edib.

Həmçinin oxuyun

Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.Qaynarinfo.az xəbər verir …