Şənbə , Fevral 24 2024
Ana səhifə / Cəmiyyət / Bakı Yeni ili möhtəşəm Zəfər atəşfəşanlığı ilə qarşıladı

Bakı Yeni ili möhtəşəm Zəfər atəşfəşanlığı ilə qarşıladı

2023-cü il başa çatdı. Yola saldığımız il ölkəmizin inkişaf salnaməsinə daha bir uğur səhifəsi kimi yazıldı. Azərbaycan ötən bir ildə beynəlxalq mövqelərini daha da gücləndirdi, siyasi, iqtisadi və digər sahələrdə diqqətçəkən irəliləyişlərə nail oldu.

Vətən müharibəsində qazanılmış Zəfər siyasi-diplomatik müstəvidə möhkəmləndirildi, Azərbaycanın hərbi gücü daha da artırıldı. Bu il Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.

Hazırda azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış yolunda inamlı addımlar atılır.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Bakıda möhtəşəm atəşfəşanlıq keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan bayram atəşfəşanlığını Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan Bakı sakinləri və şəhərin qonaqları böyük maraqla izləyiblər.
Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, şam ağacları qurulub. Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb, bayram yarmarkaları təşkil olunub.

Xalqımız qazandıqları uğurlar fonunda Yeni ili böyük sevinc və nikbinliklə qarşılayır.

Ötən Qələbə və Zəfər ilini xoş ovqatla yola salan Azərbaycan xalqı 2024-cü ili yeni arzularla və qələbələr sorağı ilə qarşılayıb.

Qədəmlərin uğurlu olsun, Yeni il!

Həmçinin oxuyun

SOCAR-ın keçmiş vitse-prezidenti niyə və kimin qəzəbinə gəldi? – VİDEO

Ötən həftə Xəzər TV-də Bakının Nizami rayonu Qara Qarayev prospekti 229 ünvanında aaprılan tikinti ilə …