Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Bakı-Sumqayıt qatarı 1 saatdır gecikir – FOTO

Bakı-Sumqayıt qatarı 1 saatdır gecikir – FOTO

Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb. 

Qrafikə uyğun olaraq, saat 20:30-da Sumqayıta yola düşməli olan qatar platformaya gəlməyib. Sərnişinlər bir saata yaxındır ki, qatar gözləyirlər.”Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Azvision.az -a açıqlamasında bildirib ki, gecikmə mövcud hava şəraiti ilə əlaqədardır. Onun sözlərinə görə, 21:40 qatarı vaxtında yola düşəcək. 

“Hava şəraitinə görə sürəti azaltmışıq. Qrafikdə dəyişik edilib. Hazırda qatar yoldadır. 21:40-da qatar Sumqayıt istiqamətində yola düşəcək”, – qurum rəsmisi deyib. 

A

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …