Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti praktik atışlara cəlb olunub

Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti praktik atışlara cəlb olunub

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) şəxsi heyəti müvafiq plana uyğun olaraq, avtomat silahlardan praktik atışlara cəlb edilərək döyüş hazırlıq vəziyyəti yoxlanılıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən bildirib ki, bir günlük praktik məşğələdə şəxsi heyətin nəzəri bilikləri, avtomat silahdan istifadə qaydaları və digər peşə vərdişlərinin vəziyyəti yoxlanılıb.

DİN-in Atıcılıq Tirinin imkanlarından səmərəli istifadə etməklə şəxsi heyətin praktik atışlara cəlb edilməsində məqsəd fiziki hazırlığının artırılmasına, cinayətkarlıqla mübarizəyə, ictimai asayişin və təhlükəsizliyin qorunmasına xidmət edir. Praktik məşğələlərdə qadın əməkdaşlar da iştirak edib.

Qeyd edək ki, atıcılıq kompleksinin tirlərində tapança və avtomat silahlardan atəş üçün hədəf sistemləri, güllətutan metal qurğular, 18 nəfərin eyni vaxtda atəş açması üçün kabinələr, gülləkeçirməz şüşə ilə təchiz olunmuş operator otaqları, elektron hədəf və monitorlar, siqnalizasiya, havalandırma və digər zəruri kommunikasiya qurğuları ilə təchiz edilib.

Həmçinin oxuyun

Qarabağ müharibəsi veteranı Mehriban Əliyevaya müraciət etdi: “Xahiş edirəm, kömək edin”

Qarabağ veteranı Cəlilov Məhərrəm Eyvaz oğlu ev problemi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və …