Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Bakı pravoslavları Pasxa bayramını qeyd edir – FOTOLAR

Bakı pravoslavları Pasxa bayramını qeyd edir – FOTOLAR

Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində xristianların müqəddəs Pasxa bayramı qeyd edilir.

Bakı pravoslavları bu kilsəyə bayram ibadəti keçirməyə toplaşıblar. Onlar müqəddəs dini nəğmələrə qulaq asır, şamlar düzürlər.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata jurnalistlərə müsahibəsində deyib ki, aprelin 8-də xristianlar özlərinin müqəddəs bayramı olan Pasxa bayramını qeyd edirlər. Bu bayram xristianların ən böyük bayramıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda yaşayan xristianlar da bu müqəddəs bayramı tənənə ilə qeyd edirlər. Prezident İlham Əliyev Azərbaycanın bütün pravoslav xristian icmasını bayram münasibətilə təbrik etdi, ən səmimi arzu və diləklərini çatdırdı.

Qeyd edək ki, Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü – İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə aprelin 8-də qeyd edilir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və bir-birini “İsa Dirildi!” kəlməsi ilə salamlayır. (AzərTAC)

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …