Cümə axşamı , Mart 4 2021
Ana səhifə / Cəmiyyət / Bakı Nəqliyyat Agentliyi yenə tənqid edildi

Bakı Nəqliyyat Agentliyi yenə tənqid edildi

“İki gün öncə avtobus zolaqları ilə bağlı yazdığım yazıya görə BNA-sevərlər üzərimə gəldilər, halduki dediyim çox sadə idi: Bütün məsələlərə planlı, düşünülmüş, kompleks baxmaq lazımdır. Avtobuslar üçün ayrıca zolağın olması problem deyil, hətta vacibdi də, dərd bütün addımların düşünülmədən atılmasıdır. BNA-çılar israrla sübut etməyə çalışırdılar ki, dünyanın hər yerində belədir. Elə deyil, dünyanın inkişaf etmiş ölkələrində kompleks yanaşma var – velosiped yolları, geniş səkilər, tramvaylar, elektrikli samokatlar və s. Siz bunları görməyib ancaq dar küçələrdə avtobus zolağı salırsınızsa, bu yaxşı iş görmək deyil”.

Bunu ekspert Natiq Cəfərli deyib.

N.Cəfərlinin sözlərinə görə, absurdun pik nöqtəsi indi odur ki, şənbə-bazar ictimai nəqliyyat işləmir, avtobuslar yollarda yoxdur, amma o zolaqlarla bağlı rəsmi açıqlama da yoxdur: “Bir BNA-nın qulu çıxıb demir ki, millət, şənbə-bazar o xəttlər qüvvədən düşmüş hesab olunur, cərimə yazılmayacaq. Bəlkə də artıq YPX cərimələri yazır, soruşsan “Niyə yazırsan?”, deyəcək, “Avtobus yoludur”, desən “Bəs avtobus hanı?”, deyəcək “Qarajda”. Bax belə məntiqsiz işləyirsiz, sonra da tənqiddən inciyirsiz…”

Həmçinin oxuyun

QMİ-dən Həcc ziyarəti ilə bağlı AÇIQLAMA

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gözləyir. Bu barədə …